-
- Bu gün, 17:42
- 241
"Sabir Rüstəmxanlı dedi ki, sən şair deyilsən"
"Sabir Rüstəmxanlının qəbuluna getdim dedim ki, mən şeirlər yazıram, sizin "Gəncə Qapısı" kitabınızı oxumuşam və çox xoşuma gəlib. İstəyirəm ki, siz mənim şeirlərimi oxuyasınız və görəsiniz ki, mən şairəm ya şair deyiləm".
News24.az xəbər verir ki, bunu "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın yeni layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, şair Rüstəm Behrudi deyib.
"Yarım saat şeirlərimi oxudu və dedi ki, sən şair deyilsən. O anda elə bil içimdə nə qədər uçurumsuz körpülər varsa, onun üstündəki körpülərin hamısı uçdu, ümidlərim qırıldı. Heç bircə saniyə çəkmədi dedi ki, sən şair deyilsən, sən böyük şairsən".
Ətraflı linkdə.
Günel Məlikzadə