«İslami dəyərlər xalqımızın ideoloji xəttinə uyğundur»: Mübariz Qurbanlı
    • 10-07-2019, 13:16
    • 811

«İslami dəyərlər xalqımızın ideoloji xəttinə uyğundur»: Mübariz Qurbanlı

«İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir". 

News24.az xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycançılıq ideologiyası və İslam" mövzusunda keçirilən konfransda bildirilib. O qeyd edib ki, azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını bu ideya altında birləşdirir. Onun sözlərinə görə, azərbaycançılıq ideyası dövlətimiz üçün prioritetdir:"İslami dəyərlər də, mənsub olduğumuz İslam dini də xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri özündə ehtiva edir".

M. Qurbanlı deyib ki, 30 il əvvəl Azərbaycanda nə multikultural, nə də tolerant sözü işlədilmirdi. Amma o zaman da Azərbaycanda multikultural dəyərlər, tolerant mühit var idi. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyatzadə bildirib ki, Azərbaycan islami prinsiplərdən istifadə etməklə çox gözəl dialoqlar a girir. Onun sözlərinə görə, Azərbaycan bu gün islama çox gözəl sahib çıxır:"Azərbaycan bütün din sahibləri ilə dialoqa girə bilir. Buna görə də Azərbaycanda çox gözəl tolerant mühit var".

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, sovet dövründə azərbaycançılıq anlayışı daha çox etnik anlayış kimi qəbul edilirdi:"Amma ümummilli lider Heydər Əliyevin ortaya atdığı azərbaycançılıq anlayışı birləşdirici dəyərləri özündə birləşdirir. Bu gün bu ideya mütləq şəkildə gələcək nəsillərə ötürülməlidir. Orta və ali məktəblərdə bu məsələyə kifayət qədər elmi yanaşmanın olmasının tərəfdarıyam".