İslami, multikultural və tolerant dəyərlər haqda 122  kitab - SƏRGİ
    • 9-12-2019, 13:26
    • 1 179

İslami, multikultural və tolerant dəyərlər haqda 122 kitab - SƏRGİ

Azərbaycanda din modeli, ümumi din və islami dəyərlər, bütövlükdə multikultural və tolerant dəyərlər haqqında 122 yeni kitab nəşr olunub. 
News24.az-ın xəbərinə görə, bu kitablar "Harmony Hotel”də, “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” adlı konfransda təşkil olunan sərgidə nümayiş etdirilib. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin keçirilməsi məqsədindən danışıb.

O qeyd edib ki, sərgidə nümayiş olunan kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanıb:" Bu gün kitabları ictimaiyyətin diqqətinə çatdırmaq üçün sərgi təşkil edilib. Burada müxtəlif dini konfensiyalar tərəfindən də nəşr olunan dinə aid kitablar var. Bunlar son iki il ərzində nəşr olunan kitablardı. Burada mənəvi, islamı dəyərlərimizlə bağlı, eləcə də, siyasi, radikalizmə qarşı olan kitablar da dərc olunub".

Komitə sədri onu da əlavə edib ki, 122 adda dərc olunan nəşrlərin hər biri özündə müxtəlif məsələləri əks etdirir:"Azərbaycanda dövlət -din modelinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu modelin əsas mahiyyəti Azərbaycanda dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasıdır. Ulu öndərin, ölkə Prezidentinin və birinci vitse -prezidentin islami dəyərlər, dövlət-din münasibətləri ilə bağlı çıxışları da bu kitablarda öz əksini tapıb".

Afaq Mirayiq