-
- Dünən, 22:35
- 176
Ac qarına su içmək olarmı?
“Ac qarına bir stəkan su həzmi poza bilər”
News24.az medianews.-a istinadən xəbər verir ki, bunu qastroenteroloq Aliyə Useyeva deyib.
Onun sözlərinə görə, ac qarına bir stəkan su içməyin faydaları sübut olunmayıb, lakin eyni zamanda həzmə zərər verə bilər.
“Həzm funksiyası sadə maye qəbulu ilə məhdudlaşmır. Bu, tüpürcək və həzm fermentlərinin istehsalına səbəb olan qidanın mədəyə daxil olması ilə işə düşür. Səhər yeməyindən əvvəl artıq su içmək hətta həzmi çətinləşdirə bilər”, – Useyeva deyib.
O xatırladıb ki, hər bir insanın nəzərə alınması vacib olan fərdi xüsusiyyətləri var. Ancaq həkimin fikrincə, suyu yeməkdən əvvəl yox, yemək zamanı içmək daha yaxşıdır.