-
- Bu gün, 12:41
- 113
Kralların qidası - Ürəyi qoruyur və xərçənglə mübarizə aparır
Ən çox İtaliyada yetişdiyi bilinən trüf qiymətinə görə dünyanın ən bahalı qidaları arasındadır.
Truffle tərkibində sərbəst radikalların bədəndə yığılmasının qarşısını alan və hüceyrə zədələnməsini azaldan güclü antioksidantlar var. Tədqiqatlar sübut edib ki, truffle göbələklərində yüksək miqdarda polifenollar və flavonoid komponentləri var. Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qorumağa və qocalmanı gecikdirməyə kömək edir.
News24.az xəbər verir ki, trufflenin tərkibində olan birləşmələr orqanizmdə iltihabı azaldır.
Truffle göbələkləri tərkibindəki təbii birləşmələr sayəsində bəzi bakteriyalara qarşı antibakterial təsir göstərir. Məlum olub ki, truffle göbələkləri xüsusilə "staphylococcus aureus" kimi bakteriyaları da azalda bilir.
Eyni zamanda, truffle göbələkləri immunitet sisteminə də müsbət təsir göstərir. Araşdırmalara görə, truffle göbələkləri immunitet hüceyrələrinin aktivləşməsinə kömək edir və orqanizmin infeksiyalara qarşı müdafiə mexanizmlərini gücləndirir.
Mütəxəssislər həmçinin truffle göbələklərinin xərçəng hüceyrələrinin böyüməsinin qarşısını aldığını və şiş əleyhinə xüsusiyyətlərə malik olduğunu açıqlayıblar. Bu göbələklərin tərkibindəki birləşmələr xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır və metastazın qarşısını alır. Bununla belə, elm adamları bu mövzuda hələ də daha çox klinik araşdırmaya ehtiyac duyduqlarını bildirirlər.
Günel Məlikzadə