-
- Bu gün, 16:14
- 81
Hülya Avşar: 10 ildir ki, təkəm
Hülya Avşar bu dəfə YouTube proqramında pərəstişkarlarının suallarını cavablandırıb. Son zamanlar qonaqlarına verdiyi suallara görə tez-tez tənqid olunan Avşar cəsarətli suallara aydın cavab verib.
News24.az xəbər verir ki, verilişdə onun pərəstişkarlarından biri "Axırıncı dəfə nə vaxt kiminləsə yatmısan?" – deyə soruşub. Avşar suala verdiyi cavabla diqqət çəkib:
“Eradan əvvəl ola bilər, zarafat etmirəm həqiqətən də xatırlamıra. Təxminən 10 il olar ki, təkəm”.
Hülya Avşar evlilik sualına da belə cavab verib:
"Yenidən evlənməyim üçün heç bir səbəb yoxdur. Mənim də uşağım var. Niyə evlənə bilərəm? Hər gün bir insanla yatmaq? Bu çox rahat bir şey deyil. O qədər sərbəstəm ki, evlənməyim normal deyil".
Günel Məlikzadə