NURAN-la Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür!
Şou
Müğənni NURAN-la Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq.
News24.az xəbər verir ki, bu barədə NURAN özü məlumat verib. O, “TMB 100.5 FM”də Lamiyə Ələkbərovanın “Ulduzla danış” rubrikasında danışıb.
“Biz görüşəndə bir-birimizə “duet ortağım” deyə səslənirik. Bu da o deməkdir ki, layihəmiz təsdiqlənib. Komandalarımız arasında seçim mərhələsi gedir. Mahnımız seçilib. Bəstəkarı özüməm. Hələ ki, adı müəyyənləşməyib”, - deyə, ifaçı bildirib.