Yeni ildən pensiyalar NƏ QƏDƏR ARTACAQ? - AÇIQLAMA
    • Bu gün, 16:24
    • 134

Yeni ildən pensiyalar NƏ QƏDƏR ARTACAQ? - AÇIQLAMA

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov yeni ildən pensiyaların artırılması ilə bağlı gözləntilərə münasibət bildirib. 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin minimum pensiyanın artırılması ilə bağlı göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanıb, təqdim olunub: “Maliyyə Nazirliyi tərəfindən məhz fiskal qiymətləndirilmə aparıldıqdan sonra həmin vəsait 2025-ci ilin dövlət büdcəsində nəzərə alınıb. Artıq 2025-ci ilin dövlət büdcəsi Milli Məclisdə qəbul olunub. Həmin vəsaitin minimum pensiyanın artırılmasına yönəldilməsi gözlənilir. Cənab Prezident tərəfindən dövlət büdcəsi təsdiq olunduqdan sonra 2025-ci ilin sosial paketinin elementləri təqdim olunacaq. Bu zaman minimum pensiyadakı artımlarla bağlı konkret faizlər elan olunacaq”.  

Deputat: Qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin  gəlməsinə imkan yarada bilər Pravda.az

V.Bayramov bildirib ki, minimum pensiya ilə yanaşı əmək pensiyalarının indeksləşdirilməsi də həyata keçiriləcək: “İndeksləşdirilmə 2024-cü ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun müəyyənləşdiriləcək. Bu il ərzində orta aylıq əməkhaqqı nə qədər artıbsa, ona uyğun indeksləşdirmə 2025-ci ilin əvvəlində reallaşacaq. Bu, əmək pensiyası alan bütün vətəndaşlarımızı - həm yaşa görə, həm ailə başçısını itirməyə görə, həm də əlilliyə görə əmək pensiyası alanları əhatə edəcək. İlkin gözlənti budur ki, növbəti 1 milyon 100 min vətəndaşımızın əmək pensiyaları indeksləşdirilərək artırılacaq. Bununla bağlı vəsait artıq dövlət büdcəsində nəzərdə tutulub”.