Əsəddən ilk açıqlama - Təcili
    • Bu gün, 17:10
    • 305

Əsəddən ilk açıqlama - Təcili

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldığını və yalnız həmin günün axşam saatlarında ölkəni tərk etdiyini açıqlayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Əsəd bildirib ki, Suriyada baş verən hadisələr zamanı bir dəfə də olsun istefa vermək və ölkədən qaçmaq imkanını düşünməyib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dekabrın 8-də Suriyanın devrilmiş lideri Bəşər Əsəd ailəsi ilə birgə Moskvaya qaçıb.