Bakıda məşhur cibgir yenidən tutuldu – QIZIN CİBİNƏ GİRİB
    • 11-07-2019, 11:11
    • 1 027

Bakıda məşhur cibgir yenidən tutuldu – QIZIN CİBİNƏ GİRİB

Bakida cibgirlik etdiyinə görə dəfələrlə tutularaq məsuliyyətə cəlb edilən Zöhrab Kəlfəliyevə növbəti dəfə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Nizami Rayon Polis İdarəsində marşrut avtobusunda N.Orucovanın cibindən oğurluq edən Z.Kəlfəliyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci, yəni, oğurluq - 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə maddəsi ilə iş açılıb.

Yaxın günlərdə məşhur cibgir məhkəmə qarşısına çıxarılacaq.