Bakıda elmlər doktoru olan qadına qarşı ŞOK CİNAYƏT
    • 1-07-2019, 11:36
    • 939

Bakıda elmlər doktoru olan qadına qarşı ŞOK CİNAYƏT

Yasamal rayonunda bir neçə dəfə oğurluq etmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Nağıyev Hikmət Əmiraslan oğlunun Əsmət Quliyevanın evindən bir neçə dəfə oğurluq etməsinin üstü açılıb.
Onun barəsində Yasamal Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni, oğurluq – təkrar törədildikdə maddəsi ilə iş açılıb. Artıq iş üzrə materiallar Yasamal Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, evindən oğurluq edilən qadın filologiya elmləri doktorudur.