-
- Bu gün, 00:26
- 144
Keçmiş milyarder əri Alsunun rəfiqəsi ilə sevgilidir? - FOTO
Bir neçə ay əvvəl rus estrada ulduzu Alsu ilə boşanan yəhudi əsilli milyarder iş adamı Yan Abramov yeni sevgilisi ilə görüntülənib.
News24.az OLAY-a istinadla yazır ki, 47 yaşlı sahibkar Dubayda sevgilisini ilə istirahət edərkən fotosu çəkilib.
Həmin şəkildə Yanın qızla qucaqlaşması əks olunub.
Cütlük gəzintidə şəkil çəkdirib, əylənib, nəyisə müzakirə edib.
Həmin qaraşın xanımın Alsunun yaxın dostu və iş ortağı Yana Yuxanova olduğu üzə çıxıb.
Yana sənətçini çoxdan tanıyır. Məlumata görə, o, əri vasitəsilə Alsu ilə yaxınlaşıb. Daha sonra müğənni onu öz brendinin paltarlarının istehsal olunduğu atelyedə tikiş sexinin müdiri vəzifəsinə təyin edib. Boşanmadan dərhal əvvəl keçmiş əri ilə Yuxananovun adına birgə biznesi yenidən qeydiyyatdan keçirib.
Qeyd edək ki, yayda Alsu 18 illik evlilikdən sonra Yandan boşanıb. Onların ümumi övladları - Mikella, Safina və Rafael analarının yanında qalıblar, lakin ataları onların tərbiyəsində fəal iştirak edir. İndi Alsu keçmiş ərini, əmlaka görə məhkəməyə verməyə çalışır. Məhkəmə başlamazdan əvvəl Yan Alsuya 2,5 milyard təklif etsə də, sənətçi onun səxavətli təklifini rədd edib.