İstiyə dözməyən 18 yaşlı qız Bakı bulvarında həyəcanlı anlar yaşatdı
    • 7-08-2018, 18:39
    • 1 075

İstiyə dözməyən 18 yaşlı qız Bakı bulvarında həyəcanlı anlar yaşatdı

Bakı bulvarında 18 yaşlı qız özünü dənizə atdı

Bu barədə Səbail rayon Polis idarəsindən  məlumat verilib. Verilən məlumata görə, 2000-ci il təvəllüdlü Fəridə Qaçay qızı Movlanova özünü dənizə atıb.

Bunu görən hadisə şahidləri dərhal xilasedicilərə və bulvar idarəsinin əməkdaşlarına məlumat veriblər.

Xilasedicilər onu boğulmaqdan son anda qurtarıblar. Fatma xilas edildikdən sonra ona təcili yardım həkimləri ilk yardım göstəriblər. Onun nə üçün özünü dənizə atması barədə soruşduqda, qız maraqlı cavab verib. Fatma Bakının istisinə dözə bilmədiyi üçün özünü öldürmək istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Sputnik.az