Azərbaycanda 20-dək şagird zəhərləndi

Azərbaycanda 20-dək şagird zəhərləndi Hadisə

Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.

News24.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.

Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.