
-
- 19-12-2024, 17:09
- 4 364
Azərbaycanda AĞIR QƏZA: Ölənlər var
Goranboyda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan "KİA " markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər hadisə yerində ölüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.\Azərtac