-
- Dünən, 23:27
- 524
Çoxarvadlılığa icazə verildi
Rusiyada Üləma Şurası müsəlman kişilərə dördə qədər dini nikah bağlamağa icazə verdi.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, Moskvanın müftisi İldar Alyautdinovun izahına görə, bu nikahlar ədalətli və bərabər münasibət şərtlərinə riayət edilməklə həyata keçirilməlidir. Çoxarvadlılıq sağlamlıq səbəbindən qadının övlad dünyaya gətirə bilməməsi, reproduktiv yaşın sona çatması, cinsi uyğunsuzluq və ya uşağa sahib olmaq istəməməsi kimi obyektiv səbəblərlə əsaslandırılır.
Bu qərar Rusiya müsəlman icmasının dini qaydalarına uyğun olaraq qəbul edilib.