Estoniyadan Rusiya qadağası: 21 yaşdan kiçiklər...
    • Bu gün, 09:35
    • 133

Estoniyadan Rusiya qadağası: 21 yaşdan kiçiklər...

Estoniya hökuməti xarici işlər naziri Margus Tsahkna tərəfindən Rusiya və Belarusun “düşmən təsir fəaliyyətlərindən qorunmaq üçün” təqdim etdiyi sanksiya təklifini qəbul edib.

News24.az xəbər verir ki, qəbul edilən təklifə əsasən, yaşı 21-ə qədər olan Estoniya vətəndaşlarının və ya ölkədə yaşamaq icazəsi olan şəxslərin aşağıdakı fəaliyyətlərdə iştirakına qadağa qoyulub:

"Rusiya və Belarusun “maraqlarına xidmət edən” və “iki ölkənin t*cavüzkar siyasətinə - Ukraynadakı müharibəyə haqq qazandıran tədbirlərdə iştirak etməsi”.

Nazir Tsahkna Rusiyanın "təsir fəaliyyətləri həyata keçirmək üçün dil, mədəniyyət, təhsil, idman, tarix və kilsə kimi təbliğat üsullarından istifadə etdiyini" müdafiə edərək, təşkil edilən tədbirlərin Avropa gənclərini "hədəfə aldığını" qeyd edib.

Onu da qeyd edək ki, sözügedən sanksiya “qarşıdan qaldırıcı tədbir” olaraq təyin olunsa da, pozuntular halında iqtisadi cəzalar və ya 5 ilə qədər həbs cəzası verilə bilər.

Günel Məlikzadə