
-
- 20-12-2024, 14:11
- 247
Qatar avtobusla toqquşdu - Yaralılar var
Türkiyədə yük qatarının mikroavtobusa çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
News24.az Söz.az-a istinadən xəbər verir ki, hadisə Kırklarelinin Babaeski rayonunda baş verib.
Qəzada yaralanan 2 nəfər sağlamlıq qrupları tərəfindən Babaeski Dövlət Xəstəxanasına aparılıb.
Yoxlama işlərindən sonra qatar Alpullu Qatar Stansiyasına aparılıb. Mikroavtobus ərazidən uzaqlaşdırılıb.