-
- Bu gün, 16:00
- 177
"Qadını kişinin seksual obyekti olmasından... " - Sərdar Cəlaloğlu
"Azərbaycanda feminizm haqqında məlumatlar həddən artıq yalnışdır. Feminizm hərəkatı Avropada cərəyan edib. Belə ki, 16-cı əsrə qədər Avropada qadınların əmək hüququ olmayıb. Fransada bir qadının əri ölür və 6 uşağı ilə dul qalır. Nə işləmək hüququ olub, nə də ona yardım edən biriləri. Qadın küçəyə çıxaraq uşaqlarına necə baxmalı olduğunu sorğulayıb. Bundan sonra Avropada qadınların əmək hüququ uğrunda mübarizə aparmağa başlayıblar".
News24.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist - teleaparıcı Tural Ozanın layihəsi olan "44 dəqiqə"nin növbəti qonağı ADP sədri Sərdar Cəlaloğlu deyib.
"Azərbaycanda isə radikal feminizm var. Radikal feministlər qadını kişinin seksual obyekti olmasından azad etmək istəyən hərəkatın nümayəndələrinə deyilir. Onlar deyirlər ki, əgər, bir qadın qadınla cinsi zövq ala bilirsə. kişiyə nə ehtiyac var. Niyə görə, kişi ilə cinsi münasibətə görə əlaqəyə girməlisən?! Radikal feminizm lezbiyanlıq hərəkatını müdafiə edən cərəyandır".
Daha ətraflı videoda izləyə bilərsiniz.
Günel Məlikzadə