-
- 17-04-2024, 15:42
- 1 184
Azərbaycanda kişi və qadınların ortaq əyləncələri yoxdur - QALMAQALLI AÇIQLAMA
Münasibətlərdə insanlar bir-birinə ehtiyac duyduğu qədər qayğı göstərirlər.
Bu sözləri News24.az-a psixoloq Samirə Bağırova deyib.
O bildirib ki, qadınların kişilərdən soyumasına beş əsas səbəb rol oynayır :
“Maraq dairələrinin üst-üstə düşməməsi qadını kişidən soyudan ən vacib səbəblərdir. Qadın öz çevrəsi, kişi öz çevrəsi ilə vaxt keçirdir. Ortaq söhbətləri, ortaq əyləncələri, ortaq çevrələri yoxdur".
Psixoloq qeyd edib ki, əsas səbəblərdən biri də eqoizmdir:
"Həmçinin, səbəbsiz iltifatların olmaması da qadın və kişi arasında soyuqluq yaradır. Ümumiyyətlə, cütlüklərdə əsasən qadın tərəf gözləyir iltifatı, amma kişi də iltifata, tərifə qadın qədər ehtiyac duyur. Eyni zamanda dəstək səbəbi ilə kişinin fiziki toxunuşu, qucaqlama, qısılma olmaması da münasibətlərə mənfi təsir edən amillər sırasındadır" .
"Sevgi və güvənli sözlərin çox halda yalnız mesajla bildirilməsi, yaxud heç bildirilməməsi qadının daxili motivasiyasını söndürür. Müxtəlif səbəblərdən yaranan və təkrarlanan şikayətlərin deyingənliyə keçid etməsi, qüsurların tez-tez üzə vurulması, günahkar vəziyyətində qoymaq kimi hallara da rast gəlinir. Qadının daha uğurlu, daha iradəli, yaxud emosional güclülüyü, kişini kölgədə qoyur və zamanla qadının marağı itməyə başlayır kişiyə qarşı. Arzu və arzuların birgə qurulmaması da qadını kişindən soyudan əsas səbəblərdəndir”, - deyə, psixoloq qeyd edib.
Mehriban Mirzəzadə