-
- Bu gün, 16:54
- 117
Dəm qazından ölən qadın Milli Qəhrəmanın bacısı imiş - Yeni DETALLAR
Goranboyda dəm qazından zəhərlənərək ölən qadınlarla bağlı bəzi məqamlar məlum olub.
News24.az APA-ya istinadən xəbər verir ki, dəm qazından boğularaq ölən qadınlar əmi qızları olublar. Hadisə ötən gecə Xocalı rayon sakini 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Goranboyun Ağcakənd qəsəbəsində yaşadığı evdə baş verib. 52 yaşlı Xumar Səlimova hadisə baş verən mənzildə tək yaşayırmış. 1979-cu il təvəllüdlü əmisi qızı Xumar Səlimov ötən gün onun evinə qonaq gəlib. Onlar evdə dəm qazın boğularaq ölüblər.
52 yaşlı Xumar Səlimovanın Xocalı faciəsi zamanı atası və 3 qardaşı şəhid olub. Qardaşı Araz Səlimov Azərbaycanın Milli Qəhrəmanıdır.
Faktla bağlı Goranboy rayon prokrorluğunda araşdırma aparılır.