Əliməmməd Nuriyev: "Bu tədbirdə səsləndirilən fikirlər elmə böyük töhfə verəcək" - FOTO
    • Bu gün, 12:34
    • 72

Əliməmməd Nuriyev: "Bu tədbirdə səsləndirilən fikirlər elmə böyük töhfə verəcək" - FOTO

Bugünkü konfrans cinayət siyasətin çox mühüm mövzularına həsr olunub. Olduqca əhəmiyyətli konfransdır. 

Bu sözləri News24.az-a Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti barədə danışarkən deyib.

O qeyd edib ki, konfransa müxtəlif ölkələrdən böyük alimlər toplaşıb, akademik dairələrin nümayəndələri iştirak edir. 

"Şübhəsiz ki, konfransda müzakirə olunan məsələlərin elmi-praktik əhəmiyyətini yüksək səviyyədə artırır. Olduqca mühüm təkliflər səslənir ki, bu da cinayət siyasətinin prioritetlərini müəyyənləşdirilməsində böyük rol oynayır. Eyni zamanda, cinayət elminin inkişafına töhvə verəcək bir konfransa şahidlik edirik. Digər praktik tərəfdən isə qanunvericiliyin təkmilləşdirilməsinə töhfəsini verəcək bir tedbirdir. Xüsusilə bu gün suni intellektdən çox danışıldı ki, heyətimizın vacib bir hissəsidir", - deyə o əlavə edib.

Ə.Nuriyev bildirib ki, suni intellekt insanın və peşə sahibinin köməkçisi olmalıdır. 

"Bu istiqamətdə də alimlər tərəfindən mühüm fikirlər səsləndirildi. Düşünürəm ki, belə bir konfransın təşkil olunması olduqca vacibdir, hətta qeyd edim ki, burda elə mövzular müzakirə olundu ki, bu mövzuların hər birinə bir konfrans təşkil etmək olar.

Hüquq və cinayət hüququ dəqiq elmlər sırasındadır. Çünki burda hər hansı bir səhv insan taleyinə ciddi təsir göstərə bilər. Ona görə də bu tədbirdə alimlər tərəfindən səsləndirilən fikirlər elmə böyük töhvə verəcək”, - deyə o, fikirlərini yekunlaşdırıb. 


Ağa Dadaşzadə