Misir prezidenti ölkənin yeni paytaxtının rəsmən açılışını edib
    • Bu gün, 09:20
    • 162

Misir prezidenti ölkənin yeni paytaxtının rəsmən açılışını edib


"Yeni paytaxtın inşa edilməsi 60 milyard dollara başa gəlib, bu zaman ölkə iqtisadiyyatı ciddi böhran keçirir..."

 "İslam səkkizliyi" sammiti zamanı Misir prezidenti Əbdül -Fəttah əs-Sisi ölkənin yeni inzibati paytaxtı olan Vedian şəhərini və Qahirədən şərqə doğru 45 km aralıda yerləşən səhrada inşa edilmiş yeni Prezident Sarayını təqdim edib.

News24.az xəbər verir ki, bu barədə "livejournal.com" nəşri məlumat yayıb.

 Məlumatda deyilir ki, əksəriyyət hökumət ofisləri və müəssisələrinin, habelə biznes-mərkəzlərinin buraya köçürülməsi, beləliklə də 20 milyonluq Qahirənin yüklənmədən azad edilməsi planlaşdırılır.

 Yeni paytaxtın inşası təxminən 60 milyard dollara başa gəlib, burada əsasən Çin şirkətləri çalışıb. Bu, artıq Süveyş kanalını yenidən inşa edən Misir prezidentinin daha bir meqa-layihəsidir, indi isə ölkə vətəndaşlarını yeni şəhərlə sevindirib.

 Şəhərin əsası 2015-ci ildə qoyulub. Yeni şəhərin təxminən 700 kvadrat km sahədə inşası 2016-cı ildə başlanıb. Burada təxminən 6, 5 milyon insanın yaşayacağı gözlənilir.

 Yeni paytaxtda ölçülərinə görə Kaliforniyadakından dörd dəfə böyük olan "Disneylend" inşa etmək planlaşdırılır. Həmçinin yeni hava limanı və yeni paytaxtla Qahirə arasında dəmir yolunun inşası nəzərdə tutulur.

 Bu şəhərdə Afrika qitəsində ən hündür 400 metrlik göydələn artıq inşa edilib. Həmçinin 2018-ci ildə yanvarın 6-dan 7-ə keçən gecə Yaxın Şərqdə 8 min inanclı insan üçün ən böyük xristian kilsəsi olan "Milad Günü" Baş Kilsəsi işıqlandırılıb.

 Bu layihəni tənqid edənlər hesab edir ki, bu məbləğdən böyük fayda ilə istifadə etməklə Misir şəhərlərinin ən vacib problemlərini həll etmək olardı.

Belə ki, Misir iqtisadiyyatı ciddi böhran keçirir, ölkədə elektrik enerji təchizatında müntəzəm planlı fasilələr baş verir, funtun məzənməsi göylərə qalxıb, investorlar korrupsiyadan və biznes sahəsində Misir Silahlı Qüvvələrinin dominantlıq edəcəyindən ehtiyat edir. 

 İnşaat işlərinə artıq 45 milyard dollar xərclənib, bu, Avropanın kiçik ölkəsinin illik ÜDM-nə bərabərdir, paytaxtın özü, böyük ehtimalla, Braziliyada şərti Brazilianın və ya daha hansısa inşa edilən və orada kimsənin yaşamayacağı faydasız paytaxtın taleyini təkrarlayacaq.

 Ümumiyyətlə, Misiri "hərbi oliqarxiya" adlandırmaq olar, burada sözün bütün mənalarında ölkənin ordusu deyil, ordunun ölkəsi var.\ Moderator.az