Oğlu ilə dərs tapşırıqlarını edən ata infarkt oldu
    • Dünən, 22:01
    • 476

Oğlu ilə dərs tapşırıqlarını edən ata infarkt oldu

Çində oğluna məktəb tapşırıqlarını etməkdə kömək edən və övladının daha yaxşı olmasını istəyən ata dərs yükünə dözməyib.

News24.az xəbər verir ki, Çjan adlı kişi evdə dərsləri hazırlaşdırarkən çox zaman emosional gərginlik olar və bəzən qışqırardı. Ailədə buna görə gərginlik olardı.

Növbəti günlərdən birində Çjan sinəsində ağrı hiss edir və nəfəs ala bilmir. Onu təcili xəstəxanaya yerləşdirirlər.

Çjana miorakd infarktı diaqnozu qoyulur.

Həkimlər bildirib ki, uşaqların təhsildə uğurlu olması səbəbindən əsəbləşmək və həyatı təhlükəyə atmaq olmaz. Dərsləri yaxşı oxumaq həyatda əsas məqsəd olmamalıdır./medicina