-
- 12-07-2019, 16:04
- 2 617
Bakıda kişidən qadına QARŞI CİNAYƏT – Külli miqdarda pulunu oğurladı
Bakıda qadının evindən külli miqdarda pul və qızıl oğurlamış şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-cü, yəni, oğurluq-külli miqdarda zrər vurmaqla törədildikdə maddəsi ilə cinayət işi açılan Şükürov Etibar Əli oğlunun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş üzrə V.Aslanova zərərçəkən şəxs qismində tanınıb.
Qadının tanışı olan Etibarın evdən gizli yolla külli miqdarda dəyəri olan əşyaları və xeyli pulu taladığı məlum olub.
Məhkəmə prosesi hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək. Hazırlıq iclası iyulun 16-na təyin edilib.