-
- Dünən, 10:09
- 89
"Mitsubishi" də "Honda" ilə birləşir
Honda, Nissan və Mitsubishi birgə mətbuat konfransı keçirib.
News24.az xəbər verir ki, mətbuat konfransı zamanı şirkətlər birgə əməkdaşlıq edəcəklərini açıqlayıblar.
Dünyada avtomobil sənayesini sarsıdan iqtisadi böhran bir çox şirkətlərin kiçilmə qərarları almasına səbəb olub. Bu çətin prosesdən ən çox təsirlənən ölkələrdən biri olan Yaponiyanın məşhur avtomobil istehsalçıları olan Honda, Nissan və Mitsubishi 2025-ci ilin iyun ayına qədər davam edəcək birləşmə müzakirələrinə başladıqlarını bildirib. Şirkətlər eyni zamanda qurulacaq şirkətdə bərabər pay sahibi olacaqlarını vurğulayıblar.
Birləşmənin əsas məqsədi ildə 8 milyondan çox avtomobil istehsal edərək Toyota və Volkswagen-dən sonra dünyanın ən böyük üçüncü avtomobil istehsalçısı mövqeyini tutmaqdır. 2026-cı ildə fəaliyyətə başlayacağı gözlənilən şirkətin hissələri beynəlxalq birjalarda satışa çıxarılacaq.\milli.az