Alimlərdən inqilabi KƏŞF: İflic xəstələri GƏZƏ BİLƏCƏK
    • Dünən, 20:42
    • 121

Alimlərdən inqilabi KƏŞF: İflic xəstələri GƏZƏ BİLƏCƏK

Cənubi Koreyanın Elm və Texnologiyalar İnstitutunun (KAIST) mühəndisləri paraplegiya (ayaqlarda iflic) xəstələrinə gəzməyə, maneələri aşmağa və hətta pilləkənləri qalxmağa kömək edən robotlaşdırılmış ekzoskelet "WalkON Suit F1"i təqdim ediblər.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, 50 kq çəkisində olan "WalkON Suit F1" ekzoskeleti alüminium və titandan hazırlanıb, hərəkətini təmin etmək üçün 12 elektrik mühərrikindən istifadə edir.

Bu texnologiyanın əsas məqsədi fiziki məhdudiyyətləri olan şəxslərin daha müstəqil həyat sürmələrinə dəstək olmaqdır. Layihə iştirakçılarından biri olan Kim Sın Xvan prototipi nümayiş etdirərək, robotun hərəkət etməyə imkan verdiyini və istənilən yerə gedərək, qalxmağa kömək etdiyini göstərib.

O, 3,2 km/saat sürətlə robotun imkanlarını test edib.