-
- Dünən, 15:37
- 252
Şübhəli ölüm: Ürəyindən güllə yarası ilə TAPILDI
Türkiyədə Kocaelinin İzmit rayonunda 40 yaşlı qadın ürəyindən güllə yarası ilə evində ölü tapılıb.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, hadisə 7 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb.
Əldə edilən məlumata görə, evdən silah səsləri eşidən vətəndaşların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Mənzilə girən qruplar Funda Kaymazı (40) tapançayla vurulmuş vəziyyətdə tapıb.
Onun ürəyinə dəyən tək güllə ilə həyatını itirdiyi müəyyən edilib.
Evdə in*tihar məktubunun tapıldığı da öyrənilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məlumata görə, Funda Kaymazın keçmiş əri nəzarətə götürülüb.