Silahlı hücum: 15 nəfər həlak oldu
    • Dünən, 15:50
    • 970

Silahlı hücum: 15 nəfər həlak oldu

İriqve Regional Gənclər Birliyinin baş katibi Sam Juqo verdiyi yazılı açıqlamada Plato əyalətinin Riyom bölgəsində silahlı hücum olduğunu bildirib.

News24.az xəbər verir ki, hücumda 1 yaşlı körpə də daxil olmaqla 15 nəfər həyatını itirib.

Hücumdan məsul şəxsin hələ bilinmədiyini bildirən Juqo, bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini də vurğulayıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir müxtəlif bölgələrdə silahlı dəstələrin, eləcə də ter**ror təşkilatları Boko Haram və ISWAP-ın hücumları ilə mübarizə aparır.


Məryəm İlhamqızı