Bananları soyuducuya qoymayın - SƏBƏB
    • Bu gün, 10:49
    • 224

Bananları soyuducuya qoymayın - SƏBƏB

Hamı, adətən, bananları soyuducuya qoyur. Amma bu yanlış vərdişdir. 

News24.az xəbər verir ki, bu, bananın həm dadına, həm də yetişmə prosesinə təsir edir. Və onun qısa müddətdə xarab olmasına səbəb olur. 

Banan qabığı aşağı temperaturlara həssas olduğu üçün soyuducuya qoyulduqda tez qəhvəyi olur.

Banan yetişir, təbii etilen qazını buraxır. Lakin aşağı temperatur bu prosesin baş verməsinin qarşısını alır.

Soyuducu bananın daxili toxumasına da mənfi təsir göstərir.

Banan soyuqda yumşalmağa başlayır, içi şirəli olur və dadı da korlanır.


Məryəm İlhamqızı