Qəzada yaralananlar danışdı - Video
    • 25-12-2024, 15:28
    • 20 978

Qəzada yaralananlar danışdı - Video

Aktauda qəzaya uğrayan təyyarənin sərnişini qəza barədə danışıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Teleqram kanalları yazıb.

Özünü Subxonkul olaraq təqdim edən 48 yaşlı kişinin dediyinə görə, təyyarə 2-3 dəfə eniş etməyə çalışıb, lakin bunu edə bilməyib, bu hadisə Qroznı yaxınlığında baş verib.

Daha sonra o və digər sərnişinlər bir partlayış səsi eşidiblər, amma partlayışın nə və harada baş verdiyini anlamayıblar. Bundan sonra təyyarə başqa istiqamətdə uçmağa başlayıb:

“Pilot sağ olsun, öz manevri ilə bizi xilas etdi. Əgər o olmasaydı, biz hamımız həlak olardıq. Təyyarənin quyruq hissəsi dağılıb”.

Subxonkul bildirib ki, oksigen maskaları düşəndə, onlarda oksigen, demək olar ki, yox idi. O, arxa oturacağa keçib və başqa maska götürüb. Həmçinin onun sözlərinə görə, təyyarə yerə düşməzdən əvvəl bir müddət dövrə vurub. Subxonkul bildirir ki, onun ətrafında oturan hər kəs sağ qalıb.

Möcüzə nəticəsində zərər görməyən Subxonkul hazırda güclü baş ağrılarından əziyyət çəkir. O, Yekaterinburqda yaşayır, Qroznıya işləri ilə əlaqədar gedirmiş və Bakı üzərindən transit edb.


***

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

News24.az Ölkə.Az-a istinadla xəbər verir ki, qəzadan sonra yaralıların bir qismi Mangistau regional xəstəxanasına aparılıb.

Teleqram kanalları yaralıların görüntülərini yayıb.

Videodakı söhbət zamanı Azərbaycan dilində də danışanların səsləri eşidilir.