Moldova Prezidenti təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
    • Dünən, 15:45
    • 131

Moldova Prezidenti təyyarə qəzası ilə əlaqədar başsağlığı verib

Moldova Prezidenti Maya Sandu "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

News24.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən kədərləndirdi. Fikrimiz qurbanların, onların ailələri və zərərçəkənlərin yanındadır. Sağ qalanlara və xilasedicilərə güc diləyirik", - o bildirib.