-
- Bu gün, 00:05
- 152
Qəzada həlak olan Qoşqar ailənin yeganə oğlu imiş
Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsində olan həmyerlilərimizdən biri də məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, 1997-ci il təvəllüdlü Sadıqov Qoşqar Firudin oğlu qəzada həlak olub.
O, Cəlilabad rayonu Mirzəli kənd sakini idi.
Məlumata görə, ailədə bir qardaş bir bacı olan Qoşqar subay idi, Qroznıda çalışırmış.
Bu gün Qoşqarın ailəsindən DNT analizi götürülüb.