-
- 13-07-2019, 19:36
- 712
İstanbulda işğalçı erməni siyasəti müzakirə olundu
İstanbulun Cemil Meric Gənclik, Mədəniyyət və Təhsil mərkəzində "Ermənistanın işğalçı siyasəti və regional təhlükəsizlik" mövzusunda konfrans keçirilib.
News24.az AZƏRTAC -a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin və Anadolu 2071sosial media mərkəzinin dəstəyi ilə baş tutub.
Konfransda İstanbul Mədəniyyət müdiri Coşqun Yılmaz, Ümraniyə rayon icra başçısının köməkçisi Yusuf Ethem Koyuncu, Tuzla rayon icra başçısı Ali Akca, "Azərbaycan Aləmi" Mədəniyyət Mərkəzi İctimai Birliyinin rəhbəri Şəhla Yusifova, araşdırmaçı-yazıçı Aygün Həsənoğlu və digərləri iştirak ediblər.
Tədbirdə "Müharibə bölgəsində beynəlxalq hüququn tapdanması", "Osmanlı arxivlərinin araşdırılması", "Ermənilər nə üçün köçürüldü", "Qərbin türk dünyasına baxışı" və digər mövzularda məruzələr oxunub.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.