Bərdədə Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsi anılıb
    • 16-05-2019, 13:19
    • 1 236

Bərdədə Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsi anılıb

Mayın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman Səfiyar Behbudovun xatirəsinə həsr edilmiş tədbir təşkil olunub.

Tədbir iştirakçıları ilk öncə Milli Qəhrəmanın məzarını ziyarət edərək qəbri üstünə tər gül-çiçək dəstələri qoyulub.

Mədəniyyət Nazirliyinin məttbuat xidmətindən News24.az-a verilən məlumata görə, daha sonra Bərdə rayon 1 nömrəli Uşaq İncəsənət Məktəbində davam edən tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya, Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə, Bərdə Regional Mədəniyyət İdarəsinin müavini Valıdə Nabatova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Bərdə rayon filialının sədri Etibar Hüseynova, yazıçı-publisist Azər Hacıbəyli, Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova çıxış edərək S.Behbudovun şərəfli həyat və döyüş yolundan danışmış, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş vətən övladlarının xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu bildirmişlər.

Tədbirdə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında çəkilmiş, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudova həsr olunan “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunmuşdur