Nazir: "Qəza ilə bağlı indi heç nə deyə bilmərik"
    • Bu gün, 00:52
    • 86

Nazir: "Qəza ilə bağlı indi heç nə deyə bilmərik"


"Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik”.

Lent.az xəbər verir ki, bunu Fövqəladə hallar naziri Kəmaləddin Heydərov AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə suala cavabında deyib.

Nazir bildirib ki, Qazaxıstan tərəfindən istintaq qrupu yaradılıb: “Eyni zamanda bizim də Baş Prokurorluq və Mülki Aviasiya Qurumunun nümayəndələri də orada iştirak edir. Ekspertlərin verdiyi qərardan sonra təyyarə qəzasına səbəblər barədə açıqlama veriləcək”.