Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın oğlu danışdı
    • Bu gün, 01:34
    • 149

Təyyarə qəzasında həlak olan Leyla Bayramovanın oğlu danışdı


“Anam qəza baş verən təyyarədə idi. Çeçenistana bacımı görmək üçün gedirdi”. 

Bu sözləri Globalinfo.az-a bu gün Aktau şəhərində baş verən təyyarə qəzasında həyatını itirən Leyla Bayramovanın oğlu Səbuhi Hüseynov deyib.

O, L.Bayramovanın 61 yaşı olduğunu qeyd edib:

“Biz əslən Qərbi Azərbaycandanıq. Lakin Sumqayıtda yaşayırıq. Elə anam da burada yaşayırdı. Çeçenistana sadəcə bacımı görmək üçün gedirdi”.

Qeyd edək ki, Səbuhi Hüseynov Fövqaladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisidir.