"Tarzan" təyyarə qəzasında öldü
    • 31-05-2021, 09:03
    • 417

"Tarzan" təyyarə qəzasında öldü

"Tarzan: Macəra hekayəsi" televiziya serialının baş qəhrəmanı 58 yaşlı aktyor Cozef Lara Tennessi ştatında baş verən təyyarə qəzasında ölüb. 

News24.az xəbər verir ki, ölənlər arasında aktyorun həyat yoldaşı da var. Rəsmi məlumata görə, təyyarə qəzasında 7 nəfər həlak olub.

Qeyd edək ki, Cozef Lara "Malibu xilasediciləri" və "Konan" da daxil olmaqla 1990-cı illərdə müxtəlif televiziya seriallarında rol alıb.