-
- 16-07-2019, 11:09
- 1 284
Bakı metrosunda siqaret çəkən şəxs SAXLANILDI - FOTO - VİDEO
Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub. Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən qeydə alınan videogörüntülar araşdırılaraq qısa zamanda həmin şəxsin kimliyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müəyyən edilib ki, həmin görüntülər iyulun 14-dən 15-nə keçən zaman “28 May” “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metrodan istifadə qaydalarını pozan Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu saxlanılaraq şöbəyə gətirilib.
Polis Şöbəsinə gətirilən şəxs etdiyi əməli etiraf edib və səmimi peşman olduğunu bildirib.
Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə ilə protokol tərtib edilərək cərimə edilib.
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxtı Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.