Futbol oynayaraq karantin rejimini pozanlar CƏRİMƏLƏNDİ
    • 20-04-2020, 10:10
    • 972

Futbol oynayaraq karantin rejimini pozanlar CƏRİMƏLƏNDİ

Oğuzda futbol oynamaqla karantin rejimini pozan şəxslər cərimələnib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər.

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.