AZAL-dan TƏCİLİ MƏLUMAT: - Bakı-Kazan təyyarəsi…

AZAL-dan TƏCİLİ MƏLUMAT: - Bakı-Kazan təyyarəsi… Hadisə


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

AZAL-ın Mətbuat Xidmətindən bildirilib ki, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib.