Pensiya ilə bağlı YENİ TƏKLİF: qadınlar üçün 55, kişilər üçün 60 yaş
    • 6-01-2025, 20:37
    • 16 945

Pensiya ilə bağlı YENİ TƏKLİF: qadınlar üçün 55, kişilər üçün 60 yaş

“Rusiyada pensiya yaşı əvvəlki dəyərlərə endirilməlidir – qadınlar üçün 55, kişilər üçün 60 yaş”

News24.az medianews.az-a istinadən xəbər verir ki, bu təkliflə Moskva Regional Dumasının deputatı Anatoli Nikitin çıxış edib.

“Bu gün dörd günlük iş həftəsi haqqında çox danışılır. Hesab edirəm ki, bu təcrübəni tətbiq etmək yox, əvvəlki pensiya yaşına qayıtmaq rasional olardı”.

O, təklifini onunla əsaslandırıb ki, 2019-cu ildə Rusiyada pensiya islahatları başlayandan bəri kişilər üçün gözlənilən ömür orta hesabla iki il, qadınlar üçün isə dörd ay azalıb. Deputat vurğulayıb ki, belə şəraitdə əvvəlki pensiya yaşını qaytarmaq, ödənişlərin məbləğini artırmaq lazımdır.