Benzin bahalaşacaq:
    • 6-01-2025, 16:12
    • 20 626

Benzin bahalaşacaq:

Brent markalı neftin qiyməti və valyuta məzənnəsindəki dəyişikliklərlə Türkiyədə vətəndaşlar benzin və dizel qiymətlərini izləməyə davam edir.

News24.az xəbər verir ki, Türkiyədə benzinin litr qiymətinin 1 lirə 24 kuruş (0.060 AZN) artacağı gözlənilir.

Artan benzin qiymətləri yanvarın 7-dən etibarən qüvvəyə minəcək.

Dizel qrupunda hər hansı dəyişiklik gözlənilmir.

Onu da qeyd edək ki, hazırda İstanbulda benzinin bir litri 44,05 lirəyə (2.12 AZN) satılır.

Günel Məlikzadə