Bərdədə iki qadını maşın vurdu
    • 17-07-2019, 00:45
    • 1 589

Bərdədə iki qadını maşın vurdu

Bərdə rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


News24.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən rayon sakinləri 1950-cil il təvəllüdlü Xəyalə Yaşar qızı Muxtarova və 1958-ci il təvəllüdlü Zemfira Yaqub qızı Həşimovanı vurub.
Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Travmatologiya şöbəsində olan yaralıların vəziyyətini həkimlər orta ağır qiymətləndirir.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.