AZAL-ın təyyarəsi havada quşla toqquşub
    • 17-07-2019, 11:55
    • 1 378

AZAL-ın təyyarəsi havada quşla toqquşub

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

Bu barədə News24.az-a AZAL-dan bildirilib.

Məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.

Təyyarə Bakıda uğurlu eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb.