Yuyucu vasitə yoxdursa, paltarları maşında necə yumaq olar?
    • Dünən, 20:07
    • 534

Yuyucu vasitə yoxdursa, paltarları maşında necə yumaq olar?

Bir maşında paltar yuyarkən əgər yuyucu vasitə yoxdusa onu soda ilə əvəz etmək olar.

News24.az lent.az-a istinadla yuyucu vasitəni hansı təbii vasitələrlə əvəz edə biləcəyinizi sizlərə təqdim edir:

Soda həmişə evdə mövcuddur, buna görə də əla alternativ çamaşır yuyucu vasitəsi hesab edilir. O, yağlı ləkələri, əşyaların saralmasını aradan qaldırmaq üçün əla üsuldur. Həmçinin xoşagəlməz qoxuları da məhv edir. Soda bütün növ parçalar və paltaryuyan maşın üçün təhlükəsizdir. Əşyalarınıza yüngül bir qoxu vermək istəyirsinizsə, sodaya efir yağı tökə bilərsiniz. Bu toz ləkələri və digər çirkləndiriciləri aradan qaldırmaq üçün əla iş görür. Xüsusilə yun və ipək əşyalar üçün ideal olacaqdır. Maşında yumaq üçün 50 qram xardal götürüb barabandakı çamaşırların üzərinə birbaşa tökmək lazımdır. Bu məhsulu istifadə etdikdən sonra əşyalar yumşaq və toxunuşa xoş olacaq, təmiz və təravətli iy gələcək. Bilməlisiniz ki, yuyulma temperaturu 40 dərəcədən çox olmamalıdır.

 Limon suyu yuyucu toz kimi yaxşı işləyən başqa bir əla məhsuldur. Bir stəkana bir və ya iki limon sıxın və üç stəkan isti su əlavə edin. Limon suyu bütün ləkələri ağardacaq və əşyalara xoş təravət bəxş edəcək. Mağazada satın alınan limon suyunu istifadə etməyin, çünki bu, daha çox ləkələrə səbəb olacaq.