
-
- Dünən, 21:48
- 1 174
Şəbnəmin yeni tikdirdiyi villasını efirdə nümayiş etdirdilər
Müğənni Şəbnəm Tovuzlunun Bakının kəndlərinin birində tikdirdiyi bağ evinin görüntüləri efirdə nümayiş olunub.
News24.az xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng” verilişində danışıb.
Şəbnəm bildirib ki, villa dənizdən 200 metr aralıqda 6 sot torpağın üzərində tikilib:
“Çox böyük ev sevmirəm. Bir mərtəbəli ev istəyirəm. Hətta mansardı belə olmasın. Tikinti işlərini bir aydır ki, dayandırmışam. May ayında təmirə yenidən başlayacağam. Təmirin yarımçıq qalmasına səbəb ustaların çox asta işləməsidir. Ürəyimcə olmadı, ona görə də tikintini saxladım. Evin həcmini torpağın üzərində çox götürdü. Bunu isə sevmədim. Onlar mənə biraz həyətdə bağ saxlamalı idilər”.
Proqramın gedişatında müğənninin duet ortağı Royal Yaşar bildirib ki, Şəbnəmin Bakıda bağla birlikdə 10, Moskvada isə 2 evi var.
Bu açıqlama isə Şəbnəmin xoşuna gəlməyib və o bu mövzunu aparıcıdan müzakirə etməməsini istəyib. /olay