-
- Dünən, 22:43
- 406
POLİS AVTOBUSU PARTLADILDI - ÖLƏNLƏR VAR
Hindistanın Bicapur şəhərində qiyamçı qrupun üzvləri polis avtobusunu partladıblar.
News24.az söz.az-a istinadla xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Partlayış nəticəsində səkkiz polis zabiti və bir mülki sürücünün həlak olduğu bildirilib.
Hindistanın daxili işlər naziri Amit Şah hadisə ilə bağlı başsağlığı verib.