-
- 17-07-2019, 13:00
- 1 080
Qoşqar Təhməzli: "Azərbaycandan ixrac olunan məhsulların geri qaytarılmasının səbəbi..."
İyulun 1-dən Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsulları barədə ətraflı məlumat yayımlayırıq.
Dəqiq məlumat budur ki, bu ilin yanvarın 1-dən bu günə qədər Azərbaycanda təqribən 319 min 764 ton kənd təsərrüfatı məhsulları ixrac olunub. Geri qaytarılan məhsullar arasında kənd təsərrüfatı məhsulları da mövcuddur. Bu, cəmi 5 nəqliyyat vasitəsidir. Həmin 5 nəqliyyat vasitəsində pomidor, gilas və tütün kimi kənd təsərrüfatı məhsulları olub. İxrac olunan məhsullarla geri qaytarılan məhsullar arasında çox böyük fərq var. Geri qayıtma ümumi məhsulların cəmi 0,03 faizini təşkil edir. Bunlardan ikisinin ümumiyyətlə məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə heç bir aidiyyəti yoxdur. Yəni iki nəqliyyat vasitəsinin geri qayıtması nəqliyyat vasitələrinin özünün sənədləşməsində olan problemlərdən qaynaqlanıb. Üç nəqliyyat vasitəsində isə geri qaytarılan kənd təsərrüfatı məhsullarının zərərvericilərə yoluxması aşkarlanıb.
Sevindirici haldır ki, məhsulların heç birinin toksikoloji göstəricilərində kənara çıxmalar yoxdur. Bu da onu göstərir ki, bizim bitkiçilik təsərrüfatlarımızda artıq aqrokimyəvi vasitələrin, pestisidlərin, eyni zamanda bitki ziyanvericilərinə qarşı ola. vasitələrin tətbiqi düzgün həyata keçirilir. Həmin üç geri qayıdan nəqliyyat vasitəsindəki zərərvericilərə qarşı müvafiq fitosanitar tədbirlər həyata keçirilib. O tədbirlər bitdikdən sonra və nəqliyyat vasitələrindəki olan sənədləşmə problemləri də aradan qaldırıldıqdan sonra həmin 5 nəqliyyat vasitəsi yenidən geri ixrac olunub. Xahiş edirəm ki, belə yanlış, dəqiqləşdirilməmiş məlumatlardan istifadə edilməsin. Bəzi bədniyyət insanlar da yanlış olaraq KİV-də, xüsusilə sosial şəbəkələrdə məlumat yayırlar ki, guya Rusiyadan Azərbaycana kütləvi şəkildə insan qidası üçün yararsız olan kənd təsərrüfatı məhsulları geri qaytarılıb və onlar da Azərbaycan əhalisinə verilib. Bu, çox yanlış məlumatlardır".
Afaq Mirayiq