-
- Bu gün, 03:00
- 468
Qorxunc hadisə: İtkin düşən rus turist öldürülüb, qadın isə...
Xəbər verdiyimiz kimi, 5 yanvar tarixində Svaneti bölgəsində rusiyalı ər-arvad turistə iki nəfər tərəfindən hücum edilib.
News 24.az xəbər verir ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi ilk təfərrüatları açıqlayıb.
Bildirilib ki, polis Svaneti bölgəsinin Mestiya bələdiyyəsinun Nakra kəndi yaxınlığında baş verən hadisə ilə bağlı 2 nəfəri saxlayıb.
"Daxili İşlər Nazirliyinin Samegrelo-Zemo Svaneti Polis Departamenti və Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində qrup halında soyğunçuluq, ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə 1986-cı il təvəllüdlü R.P. və 1992-ci il təvəllüdlü B.Ç.-ni saxlayıblar.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
İstintaqla müəyyən edilib ki, cari ilin 5 yanvar tarixində təqsirləndirilən şəxslər Zuqdididən Mestiyaya gedən iki xarici vətəndaşı soyublar, mobil telefonlarını ələ keçiriblər və onlardan biri – 1986-cı il təvəllüdlü V.S.-yə odlu silahla xəsarət yetirərək onu qanunsuz olaraq azadlıqdan məhrum ediblər.
Təqsirləndirilən şəxslər cinayəti gizlətmək məqsədilə cəsədi sonradan çaya ataraq qaçıblar.
Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları 2 gün ərzində fasiləsiz olaraq müvafiq tədbirlər həyata keçiriblər.
İstintaq hərəkətləri həm Mestiya bələdiyyəsində, həm də Samegrelo-Zemo Svaneti bölgəsinin bütün ərazisində, o cümlədən helikopterin iştirakı ilə aparılıb.
Aparılan istintaq tədbirləri nəticəsində polis cinayətdə ittiham olunan hər iki şəxsi saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları xarici ölkə vətəndaşı V.S.-nin cəsədini Mestiya bələdiyyəsi ərazisindəki Nakra çayında tapıblar.
İstintaq Cinayət Məcəlləsinin 179, 19-109 və 236-cı maddələri ilə davam etdirilir" , - qeyd olunub.